main-post-cover

    Facebook şirkəti yumşaq robotların yaradılması üzərində çalışır

    Elm & Texnologiya
    03.12.2018
    Farid Pardashunas
        Facebook şirkəti əsl heyvanlar kimi hərəkət etməyi bacaracaq robotların necə yaradılması barəsində düşünür. Bu barədə Business Insider saytı xəbər verib. Şirkət son 1 il ərzində yumşaq robototexnika sahəsində tədqiqatların aparılması üçün müxtəlif tədqiqatçıları işə cəlb edib. Yumşaq robototexnika sahəsi biologiyaya əsaslanır və onun əsas məqsədi sərt konstruksiyalara sahib olmayan robotların yaradılmasıdır.
        Elastik materiallardan istifadə edərək mühəndislər həşaratları xatırladan robotlar hazırlaya bilərlər. Həmin robotlar müxtəlif tərəflərə əyilərək adi robotların edə bilməyəcəkləri işləri görə bilərlər. Facebook şirkətinin bu sahə üzrə hansı layihədə iştirak etməsi hələki tam aydın deyil. Hal hazırda şirkətdə yumşaq robototexnika sahəsi üzrə 3 vakansiya mövcuddur. Şirkət biomühəndislik, maşınqayırma və robototexnika sahələrində təcrübəli mütəxəssisləri axtarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər