
Facebook şüur gücü ilə kompüteri idarə etməyə imkan verən texnologiyanı hazırlayan startapı aldı
Elm & Texnologiya
24.09.2019
Emil
Facebook şirkəti CTRL-Labs adlı startapı aldı. Bu startap insanlara kompüterləri beyin impulsları vaitəsilə idarə etməyə imkan verən proqram təminatının yaradılması ilə məşğul olur. Bu barədə Bloomberg saytı xəbər verib. Müqavilənin dəyəri 500 milyondan 1 milyard dollara kimi təşkil edə bilər. CTRL-Labs-ın hazırladığı məhsullardan biri də insan beynindən insan əlinə ötürülən siqnalları təyin edən qolbaqdır.
Bu qolbaq vasitəsilə insanlar klaviaturadan istifadə etməyərək kompüterdə çap işləri ilə məşğul ola bilərlər. Bloomberg-in sözlərinə əsasən bu texnologiya gələcəkdə smartfonlara inteqrasiya edilə və virtual reallıq eynəkləri ilə birlikdə istifadə oluna bilər. Eynəkləri smartfon və ya qolbaqlarla birlikdə istifadə edən zaman istifadəçi kompüteri klaviaturasız və siçansız idarə edə biləcək.
Facebook şirkəti hal hazırda aktiv şəkildə artırılmış reallıq texnologiyaları üzərində çalışır. 2017-ci ildə o bildirmişdi ki, o, beyin siqnallarını təyin edərək insanın fikrindəki olan fikirləri kompüter ekranında mətn formatında əks etdirməyə qadir interfeysin yaradılmasını planlaşdırır. Qeyd etmək lazımdır ki, CTRL-Labs 2015-ci ildə təsis edilib. Bu ilin fevral ayında isə o, 28 milyon dollar investisiya cəlb etmişdi.
Paylaş
Bənzər xəbərlər