main-post-cover

    Facebook tətbiqlərində istifadəçi səsinin təyin olunması funksiyası aşkar edilib (VİDEO)

    Elm & Texnologiya
    22.08.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə istifadəçi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal ilə qarşılaşmış Facebook şirkəti özünün istehsalı ağıllı səsgücləndiricisinin təqdimatını təxirə salmalı oldu. Səsgücləndiricinin təqdimatına kimi isə tərtibatçılar şirkətin mobil tətbiqindəki səsin təyin olunması texnologiyasını test etməyi qərarlaşdırıblar. Beləliklə Jane Manchun Wong adlı tərtibatçı Facebook Messenger tətbiqlərinin Android versiyalarında Aloha kod adlı yeni funksiya aşkar edib. Həmin funksiya istifadəçinin səsini təyin edərək onun dediklərini mətn formatına çevirir.

        Yeni funksiya həmçinin Wi-Fi və ya Bluetooth vasitəsilə Portal adlı cihaza qoşulur. Məlumata əsasən Portal cihazı Facebook şirkətinin hazırladığı ağıllı səsgücləndiricinin daha təkmilləşdirilmiş versiyasıdır və o, böyük ekran ilə istifadəçi üzünün skan texnologiyasına sahib olacaq. Smart ekranın adı həmçinin tətbiqdə də hallanır. Aloha həmçinin vulkan şəklində loqoya da sahibdir. Layihənin necə inkişaf edəcəyi hələki bilinmir. Lakin Facebook-un öz ağıllı səsgücləndiricisini istehsal etməsi üçün o ilk öncə özünün səsli köməkçisini yaratmalıdır. Həmin səsli köməkçi isə istifadəçini başa düşməkdən əlavə olaraq onun suallarına cavab verməyi bacarmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər