main-post-cover

    Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

    Elm & Texnologiya
    03.03.2021
    Emil Nəcəfov
        Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar heç də ürəkaçan deyillər. Belə ki, onun sözlərinə əsasən ilk AR eynəyin hazırlanması zamanı Facebook onda planlaşdırılmış bir sıra funksiyaları ləğv edib. Qeyd etmək lazımdır ki, Facebook-un AR eynəyi barəsində məlumat ilk dəfə 2019-cu ildə verilmişdi. Həmin vaxtda Mark Zuckerberg, Luxottica şirkəti və onun Ray-Ban brendi ilə əməkdaşlığı anons etmişdi. Bu əməkdaşlıq çərçivəsində Stella kod adına sahib AR eynək hazırlanır.
        Anons çərçivəsndə tərtibatçılar bildirmişdilər ki, AR eynəyə virtual assistent inteqrasiya ediləcək və xüsusi mobil tətbiq vasitəsilə eynəyin idarəetməsi reallaşdırılacaq, Buna baxmayaraq top menecerin sözlərinə əsasən nəticə etibarilə AR eynək Facebook-un planlaşdırdığı kimi olmayacaq. Bununla belə eynəyin hansı özəlliklərdən məhrum olacağı barəsində məlumat verilməyib. Sadəcə olaraq bildirilib ki, şirkət bu məsələdə öz gözləntilərini bir qədər məhdudlaşdırıb.
        Bundan əlavə olaraq Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı barəsində də məlumat verilib. Belə ki, top menecerin sözlərinə əsasən eynək bu ilin sonunda satışa çıxacaq. Facebook aktiv şəkildə layihəni inkişaf etdirməyə davam edir və AR ilə VR texnologiyalara investisiyaların yatırılması şirkət üçün prioritet məqsədlərdən biridir. Şirkət həmçinin smart eynəklərə üz tanıma sisteminin inteqrasiya edilməsini də nəzərdən keçirdir. Lakin bu, istifadəçilər ilə nizamlayıcı orqanların razılıqlarından sonra baş verə bilər. Facebook-un ilk AR eynəyinin texniki özəllikləri barəsində hələki bir məlumat yoxdur.
    Linki kopyala