main-post-cover

    Facebook və Instagram'da Libra kriptovalyutasının saxta satış səhifələri ortaya çıxıb

    Elm & Texnologiya
    24.07.2019
    Farid Pardashunas
        Dələduzlar hələ rəsmi olaraq istifadəyə verilməmiş Libra kriptovalyutasının Facebook Instagram-da saxta satış səhifələrini yaradıblar. Bu barədə The Washington Post saytına istinadən Rusbase saytı xəbər verib. İstifadəçiləri həmin saxta satış səhifələrinin həqiqət olduqlarına inandırmaq üçün dələduzlar Libra kriptovalyutasının loqosundan, rənglərindən və Mark Zuckerberg-in fotosundan istifadə edirlər. Dələduzlardan ibarət bəzi qruplar abunəçi sayı yığmaq üçün özlərini sözügedən kriptovalyutanın rəsmi təmsilçiləri kimi qələmə verirlər.
        Digərləri isə Libra tokenlərini endirimlə almaq üçün istifadəçiləri kənar saytlara yönləndirirlər. Bu cür saytlardan biri Libra tokenlərini bitcoinlə almağı təklif edir. “Biz, sizdə olan istənilən valyutanı Libra-ya dəyişməyi məsləhət görürük” - deyə saytda qeyd olunur. Məlumata əsasən Facebook şirkəti Libra-ya olan maraq üzərindən mənfəət qazanan dələduzların yaxalanması tapşırığının öhdəsindən hələ gələ bilmir. Şirkət artıq bəzi fake qrupları silib.
        Məlum olub ki, bu cür fake mənbələr həmçinin Twitter ilə YouTube-da da ortaya çıxıb. Jurnalistlərin fikrincə bu o deməkdir ki, Libra barəsində dezinformasiya Facebook şirkətinin idarəsindən çıxa bilər. Məşhur brendlərin fake səhifələrinin Facebook-da ortaya çıxması ilk hal deyil.. 2018-ci ilin oktyabr ayından bu ilin mart ayına kimi sosial şəbəkə 3 milyarda yaxın bu cür səhifəni silib. Lakin sosial şəbəkə öz kriptovalyutası barəsində dezinformasiyanı idarə edə bilmirsə, bu, həmin kriptovalyutaya ola hal hazırki şübhələri daha da gücləndirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər