
Facebook yeni süni zəka assistenti “Facebook M”-i təqdim etdi!
Elm & Texnologiya
07.05.2017
Farid
Facebook, Messenger tətbiqi üçün hazırladığı yeni süni zəka asisstenti olan M-i rəsmi oalraq təqdim etdi. M, söhbətlər sırasında lazım olduğu anlarda birdən ortaya çıxaraq, həyatınızı asanlaşdırmağa çalışacaq.
M-i, Siri və Cortana kimi rəqəmsal assistentlərlə səhv
salmamaq lazımdır. Bunun yerinə sistem, söhbətlərinizi analiz edərək, lazım olduğu
hallarda söhbətə daxil olacaq və sizə təkliflər verəcək. Məsələn bir dostunuzla
görüş planlaşdırarkən, söhbətə daxil olaraq "Start Plan” (Planlamağa başla) deyəcək.
Siz bunu qəbul etsəniz, təqviminizə gün, saat və məkan məlumatları daxil ediləcək.
Zamanı gəldiyində isə M sizə bu görüşü xatırladacaq. Əgər təklifi rədd etmək
istəyirsinizsə M-i sadə bir sürüşdürmə əməliyyatı ilə ləğv edə bilərsiniz.
M-in təklif etdikləri hələki məhduddur: Etiket göndərmək,
ödəniş etmək, Uber kimi tətbiqləri idarə etmək, anket başlatmaq, plan qurmaq və
məkan (location) paylaşmaq. Yaxın gələcəkdə Facebook-un, bu xüsusiyyətləri
artıracağına şübhə yoxdur.
M, hazırda sadəcə ABŞ sərhədləri daxilində istifadə edilə
bilinir. Digər bölgələrdə nə vaxt istifadəyə veriləcəyi isə hələki dəqiqləşdirilməyib.
Paylaş
Bənzər xəbərlər