Logo
    main-post-cover

    "Facebook"un "Adblock"la başı dərddədir

     "Facebook" reklamların nümayişinə nail ola biləcəkmi? 

    "Facebook” nümayəndələri bir müddət əvvəl məlumat vermişdilər ki, "Adblock Plus” proqramı istifadə olunduğu halda belə, istifadəçilər reklamları görməkdə davam edəcəklər. Hətta "Facebook”da reklam formatlarının dəyişdirilməsi üzərində işlər görülməkdə idi. Bunu nəzərə alan "Adblock Plus” daha da "irəli formada dəyişiklik edib və filtrlənmədən istifadə nəticəsində yalnız reklamların deyil, o cümlədən istifadəçi postlarının da silinməsinə nail ola bilib. "Facebook”un rəsmiləri bunu media nümayəndələrinə açıqlamasında bildiriblər. İnformasiya mənbələrinin məlumatına görə, artıq "Facebook” bu istiqamətdə çalışmalara start verib və tezliklə "Adblock Plus” proqramı ilə bağlı problemə son qoyulacaq. Bu dəyişiklik tez bir zamanda bütün istifadəçi hesablarında özünü göstərəcək.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    "Facebook"un "Adblock"la başı dərddədir | Technote