main-post-cover

    Falcon Heavy Tesla Roadster-dən də əlavə yük daşıyıbmış

    Elm & Texnologiya
    12.02.2018
    Farid Pardashunas
    Məlum olub ki, Falcon Heavy raketinin ilk uçuş testi zamanı o, kosmosa təkcə Tesla Roadster avtomobilini göndərməyib.
        Belə ki, Arch Mission adlı təşkilat Tesla Roadster-in daxilinə həmçinin məşhur yazıçı Ayzek Azimov-un “Foundation” trilogiyasını özündə daşıyan kvarslı sərt diski də yerləşdirib. Bu layihənin təsisçilərinin ideyasına əsasən beləliklə Yer kürəsində qlobal fəlakətin baş verməsi halında insanlığın bütün biliklərinin kosmik geri dönüşünün ilk addımı atılıb.
        Bu barədə TechCrunch saytı xəbər verib. Arch, diametri 10 sm olan kvars diskidir. Həmin disk isə özündə 360 TB-lıq məlumat saxlama qabiliyyətinə sahibdir. Radiasiyaya baxmayaraq həmin disk kosmosda 14 milyard ilə kimi qala bilər. Missiyanın əsas məğzi isə insan tarixində biliklərin toplusu olan ən böyük kitabxananın yaradılmasıdır. Arch Mission təşkilatının təsisçisi Nova Spivack Falcon Heavy raketində öz kiçik yükü üçün əlavə yeri Twitter-də Elon Musk-a yazandan sonra əldə edib.
        Musk ilə şəxsi görüşdən sonra “SpaceX”in CEO-su bu ideyanı bəyənib və yazıçı Ayzek Azimov-un “Foundation” trilogiyasının Falcon Heavy missiyasının bir parçası olacağına söz verib. Kosmosda olacaq biliklər toplusu Yer kürəsində baş verə biləcək nüvə müharibəsi və ya digər fəlakətlər üçün nəzərdə tutulub. Əgər insanlıq Elon Musk-ın istədiyi kimi multiplanetar növ olsa, onda insanlar hətta Yer kürəsindən uzaqda olduqları bir şəraitdə də insanlığın bütün biliklərinə yiyələnə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər