
FBI-ya bütün cihazları hack etmək hüququ rəsmi olaraq verildi
Elm & Texnologiya
07.05.2017
Farid
ABŞ-ın ali məhkəməsi federal cinayət-proses hüququnun 41-ci maddəsində dəyişiklik edib.
Belə ki, bu maddə əsasında bundan
sonra FBI bütün kompüter və smartfonları hack edə biləcək. Artıq xüsusi xidmət
orqanlarının əməkdaşları təkcə ABŞ daxilində olan cihazları deyil həmdə onun
hüdudlarından kənarda olan cihazları hack etmək üçün istənilən dövlət məhkəməsindən
icazə ala biləcəklər. Əvvəllər xüsusi xidmət orqanlarının əməkdaşları smartfonun
hack olunması üçün icazəni yalnız cinayətkarın territorial əsasla daxil olduğu məhkəmədən
ala bilərdi. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən Yarım il ərzində, demokrat senator Ron Wyden sözügedən qanuni maddədə dəyişikliyin qəbul
olunmasna 3 dəfə etirazını bildirmişdir. Lakin onun fikirləri hər dəfə Respublika partiyasının üzvü senator John Cornyn tərəfindən təkzib edilirdi. Wyden-in
sözlərinə görə bu qərar, ABŞ hakimiyyətinin son illərdə etdiyi ən böyük səhvdir.
"Hökumət istifadəçilərin kompüterlərini, mobil cihazlarını hack etməyə haqq
qazanacaqlar” – Wyden bildirib. Senator həmçinin bildirib ki, Donald Trump kimi
bir prezidentin əlində olan bu cür hüquq ona qorxunc görünür.
Paylaş
Bənzər xəbərlər