FBI'dan FaceApp fotoservisinin yoxlanılması tələb olunub

18.07.2019 0 PAYLAŞIM 184 OXUNMA

    Son günlərdə məşhurluq qazanmış FaceApp fotoservisi ABŞ hökumətinin marağına səbəb olub. Qeyd etmək lazımdır ki, bu tətbiq vsitəsilə istifadəçilər öz fotolarını qocalda və ya cavanlaşdıra bilirlər. Amerikalı senator Charles Schumer FBI-dan bu fotoservisin milli təhlükəsizliyə təhlükə mənbəyi olub-olmadığını yoxlamağı istəyib. Bu barədə Macdigger saytı xəbər verib. O qorxur ki, FaceApp tətbiqi istifadəçi məlumatlarını üçüncü tərəfə ötürə bilər.

    Bu cür fikirlər daha əvvəllərdə səsləndirilirdi. FaceApp fotoservisinin təmsilçiləri isə bildiriblər ki, tətbiq istifadəçilərin fotolarını və özəl məlumatlarını özündə saxlamır və onları üçüncü tərəfə ötürmür. Sadəcə olaraq istifadəçilər tərəfindən seçilmiş fotolar Amazon Web ServicesGoogle Clouds bulud servislərində 48 saat saxlanılır. Bu isə ona görə edilir ki, istifadəçi seçilmiş fotolara yeni filtrlər tətbiq edə bilər. Bundan əlavə olaraq FaceApp bildirib ki, istifadəçilər istənilən zaman dəstək xidmətinə sorğu göndərərək FaceApp serverlərindən öz məlumatlarını silə bilərlər.