main-post-cover

    'Ferrari'nin CEO-su: 'Elektromobillər, planetə ziyan vurur'

    Elm & Texnologiya
    09.10.2017
    Emil Nəcəfov
    “Fiat Chrysler”, “Alfa Romeo” və “Ferrari” kimi şirkətlərin CEO-su Sergio Marchionne bildirib ki, elektromobillərin sayının artması, CO2 qazının ifrazının miqdarını azaltmaq yerinə, daha da çoxaldacaq.
    Bu onunla bağlıdır ki, günümüzdə elektroenerjinin əsas mənbəyi kimi kömür olaraq qalır. Bu barədə Gas2.org saytı xəbər verir.
    “Həmişə düşünülüb ki, elektromobillər, planeti, CO2-dən qoruyurlar. Lakin nəzərə almaq lazımdır ki, bu avtomobillərdən istifadənin bütün ömür dövrü, elektroenerjinin istehsalının yüksəlməsinə gətirib çıxardır. Nəticə olaraq isə atmosferə zərərli qazların ifrazı artır” – deyə Sergio Marchionne, Trento Universitetindəki çıxışı zamanı bildirib.
    Onun sözlərinə əsasən bir çox ölkələr, vaxtından əvvəl, insanları, elektromobil alışına stimullaşdırır. İlk öncə həmin elektromobillərin, təmiz enerjidən istifadə edəcəklərinə əmin olmaq lazımdır. Bu, CO2 qazının təhlükəli miqdarda ifrazına gətirib çıxara bilər və nəticədə planetin ekologiyası təhlükə altında qala bilər. Alternativ kimi o, təbiət qazı əsasında çalışan yanacaqlı mühərrik avtomobillərindən istifadəni məsləhət görür. Lakin o nəzərə almır ki, təbiət qazının istehsalı zamanı metanın atmosferə ifrazı baş verir. O isə CO2-dən daha zərərli parnik qazıdır. 
    Linki kopyala