'Fisker' şirkəti 9 dəqiqəyə şarj olunan EMotion adlı elektromobilini təqdim etdi (VİDEO)

10.01.2018 0 PAYLAŞIM 647 OXUNMA

“Fisker” şirkəti CES 2018 konfransı zamanı öz EMotion adlı elektromobilini təqdim etdi.

Tesla”nın əsl “qatili” kimi qələmə verən şirkət CEO-su Henrik Fisker-in yaratdığı yeni elektromobil fantastik özəlliklərə sahibdir. Belə ki, o bir dəfə şarj olunmaqla 643 km yol qətt edə bilir və 9 dəqiqəyə şarj olunur. Öz elektromobilin təqdimatını Fisker hələ 2016-cı ilin Oktyabr ayında etmişdi. Həmin vaxtdan o, elektromobil barəsində bəzi məlumatlar verirdi. Beləliklə sonunda irimiqyaslı istehsala hazır EMotion modelinin prototipi təqdim olundu. Əvvəlki vaxtlarda da deyildiyi kimi bu elektromobil 643 km yol qətt edə və 9 dəqiqəyə şarj oluna bilir.


Lakin ən maraqlısı onun qiymətidir. Belə ki, bu inanılmaz özəlliklərə sahib olacaq elektromobil 130.000$ qiymətinə satılacaq. Bu isə Tesla Model X modelinin qiymətinə bərabərdir. “EMotion-da biz bizi gələcəyə doğru aparan innovasiyalı texnologiyalara sahib iti, dramatik və emosional dizaynı reallaşdırmışıq” – deyə Henrik Fisker bildirib. EMotion-dan əlavə olaraq “Fisker” şirkəti həmçinin Tesla Model 3-ün daha büdcəli rəqib versiyasını istehsal etməyi planlaşdırır. Yeni modelin bu il anons olunacağı güman olunur. Fisker-in məlumatlarına əsasən EMotion ABŞ-da istehsal olunacaq. Onun çıxışı isə 2019-cu ilə planlaşdırır.