main-post-cover

    Fitnes tətbiqi məxfi hərbi bazaları aşkara çıxardı

    Elm & Texnologiya
    29.01.2018
    Farid Pardashunas
    Strava Android və iOS üçün olan ən məşhur fitnes tətbiqlərindən biridir.
        Onun əsas funksiyalarından biri də digər istifadəçilərin qaçış marşrutlarını görməkdir. Keçən ilin Noyabr ayında Strava tətbiqinə qlobal xəritə əlavə olundu və həmin xəritədə digər istifadəçilərin qaçış və velosiped marşrutları işıq zolaqları şəklində qeyd olunmuşdu. Lakin burda bir problem yarandı. Tətbiq bir sıra məxfi hərbi bazaların yerini də aşkar edib.

        Sözügedən problem barəsində hərbçilər xəbər veriblər. Belə ki, onlar sözügedən hərbi bazalarda idmanla məşğul olduqları zaman Strava-dakı izlənmə funksiyasını deaktiv etməyi unudublar. Beləliklə hərbçilərin İraqda, Suriyada, Əfqanıstanda və Somalidəki məxfi bazalarını hər kəs görüb. Məsələn kimsə hərbi baza ətrafında idmanla məşğul olurdusa tətbiq avtomatik şəkildə həmin bazanın sxemini tərtib edirdi.

        Məsələ burasındadır ki, tətbiq nəinki məlum olan hərbi bazaları həmçinin həqiqətən də digər məxfi bazaları aşkara çıxarıb. Məsələn məlum olub ki, məşhur 51-ci Zona adlı hərbi bazanın ətrafında velosiped yolu var. Bu hadisədən çıxarılmalı nəticə çox sadədir. Əgər siz hansısa məxfi bazada çalışırsınızsa, ən azından istifadə etdiyiniz cihazın GPS funksiyasını söndürün.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər