main-post-cover

    Fiziki qüsurlu şəxs külli miqdarda Samsung smartfonu oğurlayıb

    Elm & Texnologiya
    09.06.2017
    Farid Pardashunas

    Cənubi Koreya polisləri “Samsung” şirkətinin əməkdaşını 8475 smartfonun oğurlanmasında ittiham edərək onu yaxalayıb.

    İttihama əsasən o, 2014-2016-cı illərdə Suvon şəhərində yerləşən baş ofisdən sözügedən sayda smartfon oğurlayıb. Le soyadlı ittiham olunan şəxs sonradan həmin smartfonları, işlədilmiş mobil cihazlar satışı ilə məşğul olan mağazalara verib. Ümumilikdə o bu işdən 704.000$ qazanc əldə edib. Bu hadisədə maraqlı olan fakt ondan ibarətdir ki, ittiham olunan şəxs, fiziki qüsurludur və əlil arabasında hərəkət edir. O, 2010-cu ildə “Samsung”da işə başlayıb. Həmin vaxtda şirkət, fiziki qüsurlu şəxslər üçün vakansiyalar elan etmişdi . O, şirkət əməkdaşları tərəfindən test edilmiş smartfonların təmiri ilə məşğul olurdu. Bütün işçilər iş gününün sonunda, metal axtarış sistemindən keçirlər. Sözügedən şəxs əlil arabasında olduğu üçün o bu yoxlanışdan keçmirdi. Nəticədə yoxlanışdan keçməmək üsulundan istifadə edərək o, külli miqdarda smartfonu baş ofisdən oğurlaya bilib. “Samsung” xəbər tutub ki, Vyetnamda olan bir sıra mağazalarda satış üçün nəzərdə tutulmamış smartfon modelləri var. Nəticədə şirkət bu barədə pıolisə xəbər verib. Daxili təhqiqat sayəsində bu işdə günahlı şəxs yaxalanıb. Məlumata əsasən baş ofisdən çıxarılmış smartfonlardan əldə olunmuş vəsaiti həmin şəxs öz qumar borclarını bağlamaq üçün istifadə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər