
Flaqman funksiyalara sahib Samsung Galaxy A6 və Galaxy A6 Plus təqdim olundu
Elm & Texnologiya
02.05.2018
Emil
Çoxlu sayda sızıntılardan sonra
Samsung şirkəti sonunda Galaxy A6 və Galaxy A6 Plus smartfonlarını təqdim etdi.
Bu barədə Phonearena saytı xəbər verib. Sözügedən yeni modellər Galaxy J,
Galaxy A və hətta Galaxy S seriyalarının fərqləndirici özəlliklərini özlərində
birləşdiriblər. Hər iki smartfon 18.5:9 nisbətli böyük Super AMOLED ekranlara
sahibdir. Belə ki, Galaxy A6 1480x720 piksel keyfiyyətli 5.6 inç ekranla,
Galaxy A6 Plus isə 2220x1080 piksel keyfiyyətli 6 inç ekranla təchiz olunub.

Yeni smartfonlarda barmaq izi skanı texnologiyası və ikili arxa kameralar Galaxy
S9 və Galaxy S9 Plus modellərindəki kimi yerləşdirilib. Şirkət əsas diqqəti
smartfonların kameralarına ayırıb. Belə ki, adi Galaxy A6 f/1.7 diafraqmalı 16
MP-lik arxa kameraya sahibdir. Onun sayəsində hətta yaxşı işıqlandırılmamış
mühitdə də keyfiyyətli fotolar əldə etmək olar. Smartfon həmçinin f/1.9
diafraqmalı 16 MP-lik ön kamera ilə də təchiz olunub. Galaxy A6 Plus modeli isə
16 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/1.9 diafraqmalı) ikili arxa kamera ilə təchiz
olunub.

Əlavə kamera saysəində istifadəçilər arxa fonun bulanıq şəkildə düşmüş
fotolar əldə edə bilərlər. Smartfon həmçinin f/1.9 diafraqmalı 24 MP-lik ön
kamera ilə də təchiz olunub. Texniki göstəricilərə gəldikdə isə Galaxy A6 8 nüvəli
Exynos 7870 prosessoru, Galaxy A6 Plus isə 8 nüvəli Snapdragon 450 prosessoruna
sahibdir. Hər iki model 3/4 GB RAM və 32/64 GB daxili yaddaş ilə təchiz olunub
və onların hər ikisi microSD girişini dəstəkləyir. Galaxy A6 3000 mAh, Galaxy
A6 Plus isə 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki cihaz
Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonlar bu ay satışa
çıxacaq. Samsung onların qiymətləri barəsində heç bir məlumat verməyib.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
