
Flaqman HTC U11+ və büdcəli U11 Life modelləri təqdim olundular (VİDEO)
Elm & Texnologiya
02.11.2017
Emil
Dünən “HTC” şirkəti özünün flaqman modeli olan U11 smartfonunun büdcəli və çərçivəsiz ekranlı versiyasını təqdim etdi.
U11 Life adlı model, U11-in büdcəli
versiyasıdır. Beləliklə bu smartfon vasitəsilə şirkət orta seqmentin bir hissəsini
özünə götürmək istəyir. Əgər U11 alüminiumdan hazırlanırdısa, U11 Life-ın
korpusu plastikdən hazırlanıb. Bununla yanaşı Life versiyasnın da rəngi U11-dəki
kimi Sapphire Blue-dur. U11 Life IP67 standartli sudan və tozdan qorunma özəlliyinə
və Edge Sense funksiyasına sahibdir. Smartfonda ənənəvi 3.5 mm-lik audiogiriş
yoxdur. Buna görə də komplektdə smartfon USB-C qulaqlıqları ilə satışa çıxacaq.

Digər texniki göstəricilərinə gəldikdə isə U11 Life 5.2 inç Super LCD Full HD
ekran (Gorilla Glass qoruyucu şüşəli), Snapdragon 630 prosessoru, 3/4 GB RAM,
32/64 GB daxili yaddaş, f/2.0 diafraqmalı və 4K çəkiliş özəllikli 16 MP-lik
arxa, 1080p keyfiyyətində çəkiliş özəllikli 16 MP-lik ön kamera və 2600 mAh
enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 7.1.1 Nougat əməliyyat
sistemi vasitəsilə çalışır. Lakin növbəti il ərzində onun Android 8.0 Oreo-ya
kimi yenilənəcəyi gözlənilir. Smartfon bugündən satışa çıxır və Avropa
bazarında 379 avro qiymətinə satılacaq.
U11+ modeli adi U11-ə çox bənzəyir.
Belə ki, o da eyni çip, kamera, RAM və digər göstəricilərə sahibdir. Lakin U11+
modelinin əsas özəlliyi onun böyük ekrana sahib olmasındadır. Smartfon
2880x1440 piksel keyfiyyətli 6 inç Super LCD ekran ilə təchiz olunub. Ekranın
korpusa nisbəti isə 18:9-dur. Yəni o çərçivəsizdir və Gorilla Glass 5 qoruyucu
şüşəsi ilə örtülüb.. Bu versiyada barmaq izi skanı smartfonun arxa panelində
yerləşdirilib.

Texniki göstəricilərinə görə U11+ 8 nüvəli Snapdragon 835
prosessoru, 3/4 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəkli),
f/1.7 diafraqmalı 12 MP-lik UltraPixel kamera, f/2.0 diafraqmalı 8 MP-lik ön
kamera və Quick Charge 3.0 özəllikli 3930 mAh enerji tutumlu batareya ilə təchiz
olunub. Bu model də Edge Sense texnologiyasına sahibdir və Android 7.1.1 Nougat
əməliyyat sistemi vasitəsilə çalışır. U11+ bu ayın sonunda satışa çıxacaq və
Avropada 699 avro qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
