Flaqman smartfonlar üçün Sony Lytia LYT-900 adlı yeni kamera sensoru təqdim edilib
Elm & Texnologiya
11.12.2023
Emil Nəcəfov
Sony şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni kamera sensorunu təqdim edib. Təqdim edilmiş yeni kamera sensoru Sony Lytia LYT-900 adını əldə edib. Bu, 1 düym ölçülü 50 MP-lik kamera sensorudur və onun hər bir pikselinin ölçüsü 1.6 mikrometr təşkil edir. Sözügedən kamera sensoru iki ayrı-ayrı laydan ibarətdir. Onlardan biri tranzistorlar, digəri isə fotodiodlar üçün nəzərdə tutulub. Bu isə öz növbəsində daha çox işığı uda bilən daha böyük ölçülü diodların istifadəsini mümkün edir. Sony kamera sensorunun digər özəllikləri barəsində məlumat verməyib. Üstəlik Sony LYT-900-ün ilk olaraq hansı smartfonlarda istifadə ediləcəyi də bilinmir. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, Sony LYT-900 Xiaomi 14 Ultra və OPPO Find X7 Pro kimi flaqman smartfonlarda istifadə ediləcək. Bu smartfonların isə 2024-cü ilin birinci yarısında təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!