
Flash Professional yerini Animate CC\'yə verdi!
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən böyük proqram firmalarından Adobe, bu gün rəsmi olaraq Animate CC’yi istifadəçilərə təqdim etdi. Uzun illərdir həyatımızda olan Flash Professional’ın yerini alan Animate CC, firmanın Creative Cloud altında topladığı bulud imkanlarından yararlana bilir və Flash (SWF) dəstəyi davam etdirilsə də daha çox HTML5 məzmunlarının yaradılmasını hədəfləyir. 4K video transferi edə bilən proqram, Typekit dəstəyinə də sahibdir. Öncəki dönəmdə Animate CC üçün özəl bir səhifə hazırlayan və açıqlamalarında HTML5 standardının artıq daha da inkişaf etiyini, Flash’ın bacarıqlarına qovuşduğunu bildirən cümlə ilə başlayan Adobe, Animate CC proqramına rəğmən Flash’ı tamamilə silmir. Pnun web oyunlar ve premium videolar üçün mövcud olacağı və Microsoft, Google, Facebook kimi böyük şirkətlər ilə əməkdaşlığının davam edəcəyi söylənilir.
Paylaş
Bənzər xəbərlər