main-post-cover

    Ford şirkəti benzinlə çalışan adi avtomobili elektromobilə çevirə biləcək mühərrik yaradıb (VİDEO)

    Elm & Texnologiya
    03.11.2021
    Farid Pardashunas
        Ford şirkəti benzinlə çalışan adi avtomobili elektromobilə çevirə biləcək mühərrik yaradıb. Şirkət bildirib ki, Eluminator e-crate adlı bu mühərrik artıq Mustang Mach-E GT pikapının təkmilləşdirilmiş versiyasına quraşdırılıb. Sözügedən mühərrik 281 at gücündədir 433 Nm (Nyuton metr) fırlanma anına sahibdir. Mühərrikin imkanlarını sərgiləmək üçün Ford şirkəti 1978-ci il istehsalı olan Mustang Mach-E GT klassik pikapını elektromobilə çevirib. Nəticədə pikapa ümumi olaraq 480 at gücünə sahib iki ədəd mühərrik quraşdırılıb. Həmin mühərriklər isə öz növbələrində 860 Nm fırlanma anını təmin edirlər. Bununla yanaşı pikapın elektrikli versiyası tamamilə yeni salon əldə edib.
        Belə ki, pikapa elektrikli ön panel, yeni sükan və şaquli şəkildə yerləşdirilmiş 15.5 düym ölçüsündə multimedia ekran quraşdırılıb. Qeyd etmək lazımdır ki, Ford-un son avtomobillərində məhz bu multimedia ekranından istifadə olunur. Təəssüflər olsun ki, F-100 adlı təkmilləşdirilmiş versiya yalnız bir nümunədə yaradılıb və şirkət onun irimiqyaslı istehsalını planlaşdırmır. Eluminator e-crate mühərrikinə gəldikdə isə onu artıq 3900$ qiymətinə əldə etmək olar. Bununla yanaşı şirkət gələcəkdə benzinlə çalışan avtomobilləri elektromobillərə çevirməkdə yardımçı olacaq batareyaları, idarəetmə sistemlərini və digər komponentləri istehsal etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər