Ford şirkəti elektrikləşdirilmiş Mustang üzərində çalışır

07.09.2018 0 PAYLAŞIM 271 OXUNMA

    Ford şirkəti Mustang seriyasının əsasında yaradılan elektromobilin ilk render fotosunu təqdim edib. Təqdim olunmuş fotodan da görmək olar ki, elektromobil yeni nəsil Mustang idman avtomobilinə bənzəyir. Bunu əsasən elektromobilin kuzov forması və arxadakı işıqlandırma sistemi sayəsində hiss etmək olar. Ford Mustang-ın elektrikləşdirilmiş versiyasının texniki özəllikləri barəsində məlumatlar verilməyib. Bununla belə məlumdur ki, sözügedən elektromobil bir dəfə şarj olunandan sonra 480 km yol qətt edə biləcək. Elektromobilin yaradılmasında Ford şirkətinin yeni şöbəsi olan Ford Team Edition iştirak edir. Həmin şöbə həmçinin Lincoln adlı eletromobilin hazırlanması ilə də məşğuldur. Elektrikləşdirilmiş Ford Mustang modelinin 2020-ci ildə satışa çıxması gözlənilir.