main-post-cover

    Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    26.03.2023
    Farid Pardashunas
        Ford şirkəti Explorer adlı yeni elektrikli krossoveri təqdim edib. Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulub. Bununla belə elektromobilin gövdəsi məhz Ford tərəfindən hazırlanıb. Ford Explorer-in əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onun interyerində Sync adlı media sistemin bir hissəsi olan 14.6 düym hərəkələtli ekran mövcuddur və həmin ekran öz əyilmə bucağını dəyişə bilir. Ford-un yeni elektromobili Volkswagen ID 4-dən daha kompakt ölçüyə sahibdir.
        Belə ki, Ford Explorer-in uzunluğu 4450 mm, hündürlüyü 1600 mm, eni 1870 mm, yük hissəsinin həcmi isə 450 litr təşkil edir. Sözügedən elektrikli krossover üç versiyada satışa çıxacaq. Birinci versiya 170 at gücündə olan bir ədəd elektrikli mühərrikə və 52 kilovatt saatlıq batareyaya, ikinci versiya 286 at gücündə olan bir ədəd elektrikli mühərrikə və 77 kilovatt saatlıq batareyaya, üçüncü versiya isə 340 at gücündə olan iki ədəd elektrikli mühərrikə və 77 kilovatt saatlıq batareyaya sahib olacaq.
        Ford Explorer-in salonun ən diqqət çəkən tərəfi Sync 4 adlı platforma əsasında qurulmuş multimedia sisteminin 14.6 düym ölçülü sensorlu ekranıdır. Elektromobilin bütün funksionallığı məhz həmin ekran vasitəsilə reallaşdırılır. Bununla belə ekranın əyilmə bucağını 30 dərəcə diapazonunda dəyişmək mümkündür. Ford Explorer-in istehsalına yay fəslində start veriləcək. Onun qiyməti Volkswagen ID 4-dən bir qədər aşağı olacaq. Belə ki, Ford Explorer-in standart versiyasının qiyməti 45 000 avrodan bir qədər aşağı təşkil edəcək.
    FORD Explorer
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər