main-post-cover

    Fotoların mübadiləsi üçün olan məşhur Pinterest servisi gələn il IPO keçirtməyi planlaşdırır

    Elm & Texnologiya
    20.12.2018
    Farid Pardashunas
        Fotoların axtarılması, saxlanılması və digər istifadəçilərə göndərilməsi imkanını verən məşhur Pinterest servisi gələn il IPO (səhmlərin ilkin yerləşdirilməsi) keçirtməyi planlaşdırır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən servis IPO-nun keçirilməsi üçün yanvar ayında uyğun bankı seçməyə hazırdır. IPO-nun özü isə aprel ayında baş tutacaq.
        IPO-nun keçirilməsi nəticəsində servisin bazar dəyəri 12 milyard dollar təşkil edə bilər. Pinterest 500 milyon dollarlıq dəyərində kreditin əldə olunması üçün müxtəlif banklarla danışıqlar aparır. Bu isə IPO öncəsi standart addımdır. Bu ilin gözləntilərinə əsasən Pinterest servisi 700 milyon dollar gəlir əldə etməyi düşünür. Bu ilin sentyabr ayında servisin istifadəçi sayı 250 milyonu keçmişdi. Onu da qeyd etmək lazımdır ki, gələn il Uber Lyft taksi servisləri də IPO keçirtməyi planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər