Foxconn şirkəti 18 yaşına çatmamış işçiləri məcbur şəkildə gecələr işlədirmiş

Foxconn şirkəti 18 yaşına çatmamış işçiləri məcbur şəkildə gecələr işlədirmiş

Texnologiya
10.08.2019 PAYLAŞIM

    Elektronika istehsalı ilə məşğul olan Foxconn şirkəti Amazon-un ağıllı səsgücləndirici modellərinin istehsal planını yerinə yetirmək üçün 16 yaşlı işçiləri gecələr çalışmağa məcbur edibmiş. Bu xəbəri The Guardian saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumatı isə anonim qalmaq istəyən Foxconn işçiləri veriblər. İstehsalat planını yerinə yetirmək üçün işçi sayını artırmaq səbəbilə Foxconn şirkəti texnikumdan olan 16-18 yaşlı tələbələri stajçı kimi işə cəlb edib. Şirkət sənədlərindən birində qeyd olunub ki, bu üsulla işçilərə sərf olunan vəsaitlər azaldılır. Belə ki, hər bir məktəbli ortalama 1 iş saatına görə 2.34$ qazanır. İxtisaslaşmış işçi isə hər iş saatına görə 2.86$ qazanır.

    Məlumata əsasən Foxconn şirkəti 18 yaşına çatmamış bir çox işçiləri gecələr də işləməyə məcbur edib. Bu isə Çin qanunvericiliyinin pozulması deməkdir. Məlumatda qeyd edilib ki, tələbələrin işə cəlb olunmasında müəllimlərin də böyük rolu olub. Belə ki, onlar öz tələbələrinə bu istiqamətdə stimul verirdilər. Həmin işçilərdən 17 yaşlı birisi qeyd edib ki, ilk öncə o, 5 günlük 8 saat iş qrafiki üzrə razılıq əldə etmişdi. Daha sonradan isə o, həftənin 6 günü 10 saatlıq rejimlə çalışmalı oldu.

    Məktəbli bu cür iş qafiki yüksəlişinə razı olmadığı zaman onun müəllimi qeyd edib ki, bu halda onun staj müddəti ləğv olunacaq və bu da öz növbəsində onun təhsil qymətlərinə və stipendiyasına təsir edəcək. Foxconn isə bu problemi etiraf edib və bildirib ki, bu cür vəziyyətin təkrarlanmaması üçün stajçı proqramı üzərində nəzarəti gücləndirəcək. Amazon şirkəti isə bu vəziyyəti düzəltmək üçün hazır olduğunu bildirib və bu məsələnin araşdırılması üçün Foxconn zavodlarına öz işçilərini göndərib.

    2017-ci ildə Amazon ilə Foxconn şirkətləri Echo Echo Dot ağıllı səsgücləndiriciləri və o cümlədən Kindle planşetinin istehsalatlarının yüksəldilməsi üçün razılıq əldə etmişdilər. Nəticədə Foxconn əlavə olaraq bir neçə min yeni işçini cəlb etməli oldu. Bu ilin yanvar ayında isə Amazon şirkəti 100 milyondan çox satılmış ağıllı səsgücləndirici statistikasını təqdim etmişdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xiaomi şirkəti Mi Mix Alpha-nın qatlana bilən alternativinin patentini aldı

Xiaomi şirkəti hələ bu ilin əvvəlində öz ilk qatalana bilən smartfon modelinin prototipini sərgiləmi..


iPad Pro alternativi Huawei MatePad Pro'nun rəsmi təqdimat videosu çıxdı

Planşet ekosistemində uzun illərdir ki, Apple iPad ilə rəqibsiz olmağın dadını çıxardır. Amma Huawei..


SpaceX-in Starship adlı prototip kosmik gəmisinin testi uğursuz nəticələndi (VİD..

Starhopper adlı prototip kosmik gəminin testlərinin yekunlaşdırılmasından sonra SpaceX şirkəti Stars..


Samsung Galaxy S11 120 Hz tezlikli ekran ilə satışa çıxacaq

Samsung şirkətinin bir sonrakı flaqman modeli Galaxy S11-də 120 Hz ekran istifadə ediləcək. 90 Hz te..


Təqdimata artıq çox yaxın: Galaxy S10 Lite sertifikatlaşdırmadan keçdi

ABŞ-ın FCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında büdcəli Galaxy S10 Lite smartfo..


Xiaomi şirkəti Mi Band 3i smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkəti söz verdiyi kimi bugün Hindistanda öz yeni smart qolbaq modelini təqdim edib.