main-post-cover

    Foxconn şirkəti gələcək iPhone'lar üçün micro-LED ekranlar üzərində işlərə start verib

    Elm & Texnologiya
    30.04.2019
    Emil Nəcəfov
        Economic Daily News saytının yeni hesabatına əsasən Foxconn şirkəti gələcək iPhone modelləri üçün sifarişlərin əldə olunması baxımından mikro diod işıqlı ekranların istehsalına investisiyalar yatırmağa başlayıb. Bu barədə Macdigger saytı xəbər verib. Micro-LED ekranlar OLED ekranları bir sıra özəlliklərə görə üstələyirlər. Birincisi micro-LED ekranlar üçün işıqlandırma lazım deyil. Belə ki, micro-LED ekranlardakı hər bir pikselin öz işığı var. İkincisi həmin ekranlar heç bir orqanik maddədən istifadə etmirlər. Bu səbəbdən də onların müəyyən vaxtdan sonra işıqları sönmür. Bu səbəbdən micro-LED ekranlar OLED ekranlardakı yanmaları və müəyyən müddətdən sonra ekran parlaqlığının azalması problemini aradan qaldıra bilər.
        Bir çox istehsalçıların OLED ekranlardan istifadə etmələrinin səbəbi ondadır ki, OLED ekranlar daha az baha başa gəlirlər və daha çox gəlir gətirirlər. Hal hazırda şirkətlər irimiqyaslı şəkiləd micro-LED ekranlar istehsal edə bilmirlər. Lakin məlumata əsasən Apple şirkəti özünün elmi-tədqiqat laboratoriyası var hansında ki, yeni nəsil Apple Watch smart saatları üçün micro-LED ekranların hazırlanması üzərində iş gedir. Analitiklər güman edirlər ki, müəyyən vaxtdan sonra Apple şirkəti bu texnologiyanı həmçinin iPhone modellərinə də inteqrasiya edəcək. Foxconn şirkətinin sonunu hesabatı isə bunu təsdiqləyir.

        Lakin yaxın zamanda micro-LED ekranlara sahib smart saatları və ya iPhone smartfonlarını gözləmək lazım deyil. Bir sıra insayder öncədən bildirmişdi ki, Apple şirkətinin 2019-2020-ci illərdəki məhsullarında mini-LED matrisasından istifadə oluna bilər. Mini-LED-də piksellərin sıxlığı micro-LED-dən daha aşağıdır. Məşhur analitik Ming-Chi Kuo-nun fikrincə 2021-ci ildə mini-LED ekranlara sahib iPad MacBook modelləri satışa çıxa bilər. Micro-LED ekranlı Apple məhsulları isə bir neçə ildən sonra işıq üzü görəcəklər.
    Linki kopyala