main-post-cover

    Foxconn şirkəti iPhone'ları Hindistanda istehsal etmək istəyir

    Elm & Texnologiya
    22.01.2019
    Farid Pardashunas
        Apple şirkətinin iPhone istehsalı ilə məşğul olan əsas əməkdaş şirkəti olan Foxconn smartfon istehsalının bir hissəsini Hindistana keçirtmək istəyir. Məlumata əsasən şirkətin rəhbərliyi bu mövzu ilə bağlı danışıqları gələn ay keçirdəcək. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Foxconn şirkəti Vyetnam da daxil olmaqla müxtəlif bazarları araşdırır. Lakin The Wall Street Journal-ın məlumatına əsasən Hindistan iPhone istehsalı üçün ən ağlabatan variantdır. Lakin bu heç də asan məsələ deyil
        Belə ki, hindistanlı işçilər istehsalat baxımından çinli işçilər ilə müqayisədə o qədər də ixtisaslı deyillər. Bu baxımdan Hindistanın infrastrukturu isə Çinin infrastrukturundan geridə qalır. Bundan əlavə olaraq Çin ilə rəqabət aparmaq üçün Hindistan smartfon istehsalı zəncirinin inkişaf etdirilməsi üçün böyük səylər göstərməli olacaq. Qeyd etmək lazımdır ki, Foxconn-un iPhone istehsalını Hindistana keçirdəcəyi təqdirdə Apple şirkəti Çindən olan asılılığını azaldacaq.
        Foxconn şirkətinin Hindistanda zavodlarını genişləndirmək xəbəri hələ bir neçə müddət bundan öncə yayılmışdı. Keçən ilin sonunda isə məlum olmuşdu ki, Hindistanda əlavə zavodun inşa edilməsinə Foxconn şirkəti 350 milyon dollar vəsait xərcləyəcək. Onu da qeyd etmək lazımdır ki, Hindistanda iPhone istehsalı ilə məşğul olan ən böyük zavod Wistron-dur. 2017-ci ildən bəri sözügedən zavod iPhone SEiPhone 6s modellərini istehsal edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər