main-post-cover

    Fransa hökuməti köhnə iPhone-ların zəiflədilməsinə görə Apple şirkətini 25 milyon avro cərimələdi

    Elm & Texnologiya
    08.02.2020
    Farid Pardashunas
        Fransanın rəqabət, istehlak və dələduzluqla mübarizə məsələləri üzrə general direktoratı olan DGCCRF Apple şirkətini 25 milyon avro (27 milyon dollar) dəyərində cərimələyib. Belə ki, şirkət öz istifadəçilərinə məlumat verməyib ki, iOS yenilənməsindən sonra köhnə iPhone modelləri zəif şəkildə çalışacaqlar. Bu barədə Vc.ru saytı xəbər verib. Apple şirkəti isə bu cəriməyə heç bir etiraz etməyib və 1 ay ərzində bu məsələ ilə bağlı açıqlamanı öz saytında verəcəyini bildirib. Qeyd etmək lazımdır ki, Paris şəhərinin prokuraturası istifadəçilərin şikayətləri əsasında bu məsələ ilə bağlı istintaqa 5 yanvar 2018-ci il tarixində start vermişdi.
        Söhbət, 2017-ci ildə təqdim edilmiş iOS yenilənmələrindən (iOS 10.2.1iOS 11.2) gedir. Həmin əməliyyat sistemləri isə müəyyən şərtlər altında köhnə batareyalara sahib iPhone modellərini zəiflədirlər. Bu halda söhbət, iPhone 6, iPhone 7iPhone SE smartfon modellərindən gedir. Məlumatda qeyd edilib ki, bu səbəbdən istifadəçilər yeni iPhone modeli almaq və ya istifadə etdikləri iPhone modellərinin batareyalarını dəyişdirmək məcburiyyətində qalıblar.
        Qeyd etmək lazımdır ki, 2017-ci ilin dekabr ayında Apple şirkəti köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsini etiraf etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, bunun əsas səbəbi smartfondakı batareyanın fəaliyyət dövrünü yüksəltməkdir. Bu isə öz növbəsində şirkətə qarşı çoxlu sayda məhkəmə iddiasını gətirdi. Nəticədə şirkət istifadəçilərdən üzr istəyərək 2018-ci ildə iPhone batareyalarının dəyişdirilməsi qiymətini 79$-dan 29$-a saldı. Hal hazırda isə iPhone batareyasını 69$-a dəyişmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər