main-post-cover

    Fransa və Kanada süni zəka təhlükələri üzrə hökumətlərarası mütəxəssislər qrupu yaradacaqlar

    Elm & Texnologiya
    08.12.2018
    Farid Pardashunas
        1988-ci ildə başda ABŞ olmaqla bir sıra ölkələr birlikdə iqlim dəyişikliyi üzrə mütəxəssislərdən ibarət hökumətlərarası qrup yaratmışdılar. Beləliklə 30 ildən sonra Fransa ilə Kanada hökumətləri süni zəkanın yayılmasının qlobal nəticələrini tədqiq edəcək belə bir qrup yaradacaqlarını elan etdilər. Wired saytının verdiyi məlumata əsasən bu qərar Kanadanın baş naziri Justin Trudeau ilə Fransanın rəqəmsal iqtisadiyyatı üzrə dövlət katibi Mounir Mahjoubi arasındakı görüş çərçivəsində verilib.
        Sözügedən tədbir Böyük yeddilik ölkələrinin süni zəka mövzusundakı konfransında baş tutub. Hər iki siyasətçi yaradılacaq qrupa digər ölkələrin də qoşulacağına ümid etdiklərini bildiriblər. Bu isə öz növbəsində süni zəkanın qeyri-etik istifadəsinin qarşısını alacaq və avtomatlaşdırma ilə bağlı iqtisadi çöküş riskinin minimuma endirilməsinə imkan verəcək. Qeyd etmək lazımdır ki, süni zəka məsələsində beynəlxalq qrupun yaradılmasında marağın olduğunu Kanada ilə Fransa təmsilçiləri hələ bu ilin iyun ayında bildirmişdilər.
        Məlumdur ki, sözügedən qrup iqlim dəyişikliyi üzrə mütəxəssislərdən ibarət hökümətlərarası qrup kimi formalaşacaq. Lakin klimatoloqların yerinə bu qrupa süni zəka və sosial elmlər üzrə mütəxəssislər daxil olacaqlar. Qrupun əsas vəzifəsi isə süni zəka sahəsində siyasətin nizamlanmasına yönəlik mütəmadi hesabatların tərtib olunması olacaq. Qrup mütəxəssislərinin maraq sahələri arasına süni zəka sistemlərinin çalışması üçün nəzərdə tutulmuş məlumatların yığılması, süni zəkanın insan hüququna təsiri və texnologiyanın hərbi tətbiqi daxil olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər