
Fransadakı bir mağara neandertalların necə yox olduğuna dair sirrləri ortaya çıxa bilər!
Elm & Texnologiya
23.11.2024
Aslan
Min illər əvvəl yaşamış neandertalların məhv olmasının sirri, alimlərin fikrincə, Fransadakı bir mağarada gizlənə bilər. Gəlin, bu mövzunun detallarına daha yaxından baxaq.
Fransanın Ron vadisində yerləşən Grotte Mandrin mağarasında çalışan arxeoloqlar tərəfindən aşkar edilən Thorin adlı neandertal qalığı, onların taleyi ilə bağlı bir çox suallara cavab tapmağa kömək edib. Arxeoloqlar tapdıqları fosilə Thorin adını veriblər və onun genetik quruluşunu araşdırıblar. Araşdırmaların nəticələri isə olduqca diqqətçəkicidir. Məlum olub ki, bu neandertal düz 50.000 il boyunca digər neandertal qrupları ilə heç bir genetik mübadilə etməyib.

Alimlər, bir-birinə yaxın məsafədə yaşayan neandertal qruplarının minlərlə il boyunca bir-birindən uzaq durmasının yalnız fiziki deyil, həm də sosial izolyasiya mənasına gəldiyini bildirirlər. Bu şəkildə kiçik və özünə qapanmış qrupların genetik müxtəlifliyinin azalması, onların dəyişən ətraf mühit şərtlərinə və ya xəstəliklərə qarşı daha həssas olmasına səbəb olub. Thorin fosilinin yaşadığı dövrdə neandertalların müasir insanlarla (Homo sapiens) eyni bölgədə yaşamağa başladığı məlumdur.

Homo sapiens yeni yerlər kəşf etmək, sosial əlaqələr qurmaq arzusunda olduğu halda, neandertalların yaşadıqları yerlərdə qalmağı üstün tutduğu, onların nəsillərinin tükənməsinin səbəblərindən biri kimi göstərilir. Qısacası, Thorin və onun icmasının kiçik yaşayış ərazisindəki sakit həyatı bir müddət üçün təhlükəsiz olsa da, bu izolyasiyanın onların məhv olmasına gətirib, çıxardığı düşünülür.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
