
Freelance çalışanlara xidmət edən "Zervant" şirkəti 4 milyon investisiya aldı
Elm & Texnologiya
07.05.2017
Farid
Avropanın öndə gələn online faktura xidmətlərindən olan Zervant 4 milyon investisiya aldığını açıqladı.
Spotify və Klarna kimi startaplara sərmayə qoyan "Northzone and Conor Venture
Partners" şirkəti bu dəfə Zervant-ı aldığını
və bununla Avropa ölkələrinə giriş etmək fikrində olduğunu bildirib.
Zervant
şirkəti 2010-cu ildə Finlandiya-da qurulub. Şirkətin əsəs kütləsini freelance
olaraq çalışanlar və KOBİ-lər (kiçik sahibkarlar) təşkil edir. Müxtəlif dillərdə xidmət göstərən platformanın 160 ölkədə 100 min nəfər tərəfindən istifadə olunduğu bildirilir. Şirkətin
qurucu ortağı və CEO-su Mattias Hanssons, aldıqları investisiya ilə şirkəti
daha da irəli aparacaqlarını və tətbiqə yeniliklər əlavə edəcəklərini
açıqlayıb.
Şirkət gəlirlərini 4 dəfə artırmağı hədəfləyir.
Zervanttəkcə online faktura xidməti deyil, həmçinin xərcləmə, gəlir izləmə, mobil
tətbiqlər vasitəsilə freelance olaraq çalışanlar üçün çalışma zamanlarının
planlanması və hesablanması kimi xidmətlər də təklif edir. Şirkət hal-hazırda
daha sürətli ödəniş qəbulu haqda proqram üzərində işlədiyini açıqlayıb.
Paylaş
Bənzər xəbərlər