main-post-cover

    Fujitsu ScanSnap SV600 skaneri - sənədlərin skan işinə yeni bir baxışdır

    Elm & Texnologiya
    23.04.2018
    Farid Pardashunas
        ScanSnap SV600 yerə qənaət edilməsini, bir toxunuşla bütün növ sənədlərin idarə olunmasını və qəzet, jurnal, sənəd və ya kitabların kəsilmədən və zədələnmədən skan olunmasını təmin edir.
        Toxunuşsuz skan A3 ölçüsünə qədər olan şəkillər, qiymətli sənədlər və ehtiyatlı davranış tələb edən əlyazmalar üçün ideal həlldir. Düz xətli sensor tipli texnologiya bütün görüntünün mərkəzdə yerləşməsini təmin edir, hətta kənarlarda belə keyfiyyətli görünüşü əldə etməyə zəmanət verir.
        SV600-ün start verildikdən sonra işləməyə hazır olması A3 formatında sənədlərin 3 saniyə ərzində skan olunmasını təmin edir. Digər bir üstünlüyü isə skan olunmuş sənədləri birbaşa cloud servislərinə göndərmək imkanıdır.
        SV600 müxtəlif ölçülü sənədlərin, vizit kartlardan A3 formatında olan panoramik sənədlərə qədər (xəritələr, tarixi sənədlər və təsvirlər), birbaşa rəqəmsallaşdırılmasını həyata keçirir. Skan zamanı təsvirdən barmaq görüntülərini və ara xətləri təmizləmə funksiyası sayəsində kitabları, jurnalları asanlıqla rəqəmsallaşdırmaq mümkündür. Səhifənin flipping funksiyası avtomatik olaraq tərs çevrilmiş səhifələri aşkarlayır və çox sayda səhifənin davamlı və keyfiyyətlə skan edilməsinə imkan yaradır. Açıq kitabın qatlanmasından yaranan 3D təhrifləri, kitab təsvirlərini düzəldən funksiya vasitəsi ilə bərpa edir.
        Halal-P şirkəti, Azərbaycanda Fujitsu skanerlərinin rəsmi distribyutorudur. Şirkətin məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı Facebook LinkedIn rəsmi səhifələrində və ya (012) 497-10-21 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər