Logo
    Galaxy A50, A30 və A10 smartfonları barəsində məlumatlar ortaya çıxıb

    Galaxy A50, A30 və A10 smartfonları barəsində məlumatlar ortaya çıxıb

        Samsung şirkəti Galaxy S10 flaqman seriyasından əlavə həmçinin yenilənmiş Galaxy A seriyasının təqdimatına da hazırlaşır. İndi isə internetdə sözügedən smartfon seriyasının 3 cihazı barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Mysmartprice saytı xəbər verib. İlk öncə Galaxy A50 smartfonundan başlayaq. Məlumata əsasən bu smartfon AMOLED matrisalı FHD+ keyfiyyətli 6.4 düym Infinity U ekrana sahib olacaq və barmaq izi skanı tenxologiyası ekrana inteqrasiya ediləcək.
      Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A50 modeli 8 nüvəli Exynos 9610 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 25 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı) üçlü arxa kamera, 24 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunacaq. Smartfon 3 rəngdə satışa çıxacaq: Qara, ağ və göy.

        Galaxy A30 modeli bir qədər sadələşdirilmiş olacaq. Belə ki, Galaxy A30 smartfonu Exynos 7904 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və adi barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonun digər göstəriciləri Galaxy A50 modelinin göstəriciləri ilə üst-üstə düşürlər.
        Galaxy A10 smartfonu yenilənmiş A seriyasının ən büdcəli modelidir. Yuxarıda qeyd edilmiş iki smartfondan fərqli olaraq Galaxy A10 modeli HD+ keyfiyyətli 6.2 düym Infinity V ekran, Exynos 7884B prosessoru, 3 GB RAM, 13 MP-lik arxa kamera və microUSB girişi ilə təchiz olunacaq. Smartfon barmaq izi skanı tenxologiyasına sahib olmayacaq. Yenilənmiş Galaxy A seriyasının təqdimatı yaz fəslinin əvvəlində baş tutmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Galaxy A50, A30 və A10 smartfonları barəsində məlumatlar ortaya çıxıb