main-post-cover

    Galaxy A70s smartfonu Geekbench testindən keçdi

    Elm & Texnologiya
    09.08.2019
    Farid Pardashunas
        Biz artıq dəfələrlə xəbər vermişdik ki, Samsung şirkəti Galaxy A70 smartfon modelinin daha təkmilləşdirilmiş versiyası üzərində çalışır. Söhbət, Galaxy A70s modelindən gedir. İndi isə bu məlumat Geekbench bençmark saytı vasitəsilə təsdiqləndi. Belə ki, sözügedən smartfon Geekbench testindən keçib. Bu barədə Gagadget saytı xəbər verib.
        Geekbench testindən SM-A707F model nömrəsinə sahib Galaxy A70s smartfonu keçib. Geekbench məlumatlarına əsasən bu smartfon 8 nüvəli Snapdragon 675 prosessoru və 6 GB RAM ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, adi Galaxy A70 modeli Snapdragon 670 prosessoru vasitəsilə çalışır. Bununla yanaşı yeni Galaxy A70s modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Geekbench-in birnüvəli testində 2365 xal, çoxnüvəli testində isə 6372 xal toplayıb.

        Smartfonun digər özəllikləri barəsində bir məlumat verilməyib. Lakin son məlumat sızıntılarına əsasən Galaxy A70s-in adi Galaxy A70-dən əsas fərqi ondan ibarət olacaq ki, Galaxy A70s 64 MP-lik ISOCELL Bright GW1 kamerası ilə təchiz olunacaq. Digər göstəricilər isə böyük ehtimal ilə adi Galaxy A70 modelindəki kimi olacaq. Smartfon ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər