
Galaxy A8 haqda bilməli olduğunuz əsas xüsusiyyətlər
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung”un yeni model telefonu Galaxy A8 (2016) sahib olduğu iddialı xüsusiyyətləri ilə tanıtıma çıxmağa hazırlaşır. Samsung son
dövrlərdə yaşadığı mənfi təcrübədən sonra Galaxy A seriyasında daha
güvənilən performans ortaya qoymağa hazırlaşır. Keçdiyimiz günlərdə 2017 modeli
olan Galaxy A5-in xüsusiyyətlərini açıqlayan Samsung şirkəti, artıq 2016 model
olan Galaxy A8 haqda məlumatları təstiqləyib. Belə ki, Galaxy A8 Amerika mobil
standartlarını tətqiq edən ən vacib quruluşlardan olan FCC tərəfindən təstiq
olunub. Şirkət həmçinin yeni modelin bəzi xüsusiyyətlərini də paylaşıb.
Galaxy A8 (2016) xüsusiyyətləri
Daha əvvəl 5.1 inç böyüklüyə malik olacağı
deyilən Galaxy A8-in yeni açıqlamalara görə 5.7 inç olması gözlənilir. SM-A810S
model nömrəsi daşıyacaq Galaxy A8 (2016) telefonunda Full HD keyfiyyətli Super
AMOLED ekran istifadə olunacaq. Bundan əlavə Galaxy Note 5 və Galaxy S6
seriyasında istifadə olunan səkkiz nüvəli Exynos 7420 prosessoru Galaxy A8 (2016)
modelində də istifadə olunacaq. Android 6.0.1 Marshmallow əməliyyat
sistemi ilə çıxış edəcək telefonda həmçinin 3 GB RAM, 32 GB artırıla bilən
daxili yaddaş həcmi, 16 MP arxa kamera, 5 MP ön kamera, barmaq izi skaneri, NFC xüsusiyyətləri yer alacaq.
Paylaş
Bənzər xəbərlər