main-post-cover

    Galaxy A90 smartfonu maraqlı bir özəlliyə sahib olacaq

    Elm & Texnologiya
    04.02.2019
    Emil Nəcəfov
        Bu il Samsung şirkəti Galaxy A seriyasında 9 smartfon modeli təqdim etməyi planlaşdırır. Onlardan biri də Galaxy A90 smartfonu olacaq. Son məlumatlara əsasən sözügedən smartfon hətta Galaxy S10 flaqman smartfonunu da geridə qoya bilər. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy A90 smartfonu ekrana inteqrasiya edilmiş barmaq izi skanı ilə təchiz olunacaq. Lakin bugün məşhur insayder Ice Universe Galaxy A90 smartfonu barəsində yeni bir məlumat verib.

        Belə ki, onun verdiyi məlumata əsasən Galaxy A90 modeli Samsung şirkətinin ilk smartfonu olacaq hansı ki, smartfon gövdəsindən xaricə çıxa bilən ön kameraya sahib olacaq. Smartfonun ön kamerası Vivo NEX Oppo Find X smartfonlarındakı kimi aktivləşən zaman smartfon gövdəsindən çölə çıxacaq. Bu isə o deməkdir ki, smartfon ekranında ön kamera üçün nəzərdə tutulan heç bir çıxıntı və ya dairəvi hissə olmayacaq. Bu cür qərar Samsung şirkətinin yeni strategiyasına tam uyğundur. Belə ki, şirkətin yeni strategiyasına əsasən şirkət öz orta büdcəli smartfon modellərini flaqman özəlliklər ilə təmin etməlidir.
    Linki kopyala