main-post-cover

    Galaxy Fold-un davamçısının adı və bəzi özəllikləri məlum oldu

    Elm & Texnologiya
    17.02.2020
    Farid Pardashunas
        XDA-Developers saytının baş redaktoru Max Weinbach, Galaxy Fold-un davamçısı barəsində bəzi məlumatları aşkar edib. Onun sözlərinə əsasən Galaxy Fold-un davamçısı Champ kod adına sahibdbir və o, Galaxy Z seriyasına daxil olacaq. Beləliklə yeni qatlana bilən smartfon modeli Galaxy Z Fold 2 adını əldə edəcək. Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 2-nin ekranı Galaxy Z Flip-in ekranında olduğu kimi Ultra Thin Glass örtüyü ilə əhatə olunacaq.
        Bundan əlavə olaraq smartfon 7.7 düym əsas Infinity Flex Display ekranı ilə təchiz olunacaq və ön kamera ekranın özünə inteqrasiya ediləcək. Çox güman ki, Galaxy Z Fold 2 smartfonu 5G modemə sahib Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq. Galaxy Z Fold 2-ni yaxın zamanda gözləmək lazım deyil. Onu bu ilin ya iyul ya da avqust ayında təqdim etməyi planlaşdırırlar. Ola bilər ki, smartfon Galaxy Note 20 smartfon seriyası ilə birlikdə təqdim edilsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər