Logo
    Galaxy Fold'un ekran dəyişdirilməsi OnePlus 7T'nin qiymətinə bərabərdir

    Galaxy Fold'un ekran dəyişdirilməsi OnePlus 7T'nin qiymətinə bərabərdir

      Qatlana bilən Galaxy Fold satışa çıxandan sonra Samsung şirkəti bütün alıcılara smartfon ekranının zədələnməsi halında onun 150$-a dəyişdirilməsi xidmətini təklif edib. Lakin indi ekran dəyişdirilməsinin əslində hansı qiymətə başa gələcəyi barəsində məlumat ortaya çıxıb. Bu barədə Gizmochina saytı xəbər verib. Məlum olub ki, əslində Galaxy Fold-un ekranının dəyişdirilməsi prosesinin qiyməti 600$ təşkil edir.
      Bu isə Snapdragon 855 Plus prosessorlu OnePlus 7T-nin qiymətinə bərabərdir. Təbii ki, söhbət, təkcə smartfonun əsas ekranından gedir. Galaxy Fold-un əlavə ekranının dəyişdirilməsi üçün isə əlavə 140$ ödəmək lazım gələcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Note 10 Plus ekranı 280$-a, iPhone 11 ProiPhone 11 Pro Max modellərinin ekranları isə 330$-a dəyişdirilir. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Galaxy Fold'un ekran dəyişdirilməsi OnePlus 7T'nin qiymətinə bərabərdir