main-post-cover

    Galaxy M30 smartfonunun bəzi özəllikləri Geekbench saytında ortaya çıxdı

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        Gələn ilin əvvəlində Samsung şirkəti Galaxy M adlı yeni smartfon seriyasını təqdim edəcək. İndi isə bu seriyanın smartfon modellərindən biri barəsində məlumatlar məşhur Geekbench bençmark saytında ortaya çıxıb. Geekbench-də smartfon SM-M305F indeksinə sahibdir. Çox güman ki, bu indeks seriyanın Galaxy M30 modelinə aiddir. Sözügedən model barəsində məlumat azdır. Lakin Geekbench onun bəzi texniki göstəricilərini ortaya çıxardıb.

        Beləliklə Galaxy M30 modeli Exynos 7885 prosessoru, 4 GB RAM ilə təchiz olunacaq və Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon modelinin digər versiyaları da olacaq. Belə ki, 64/128 GB daxili yaddaş həcminə sahib modelin də olacağı gözlənilir. Geekbench-in birnüvəli testində Galaxy M30 1327 xal, çoxnüvəli testində isə 4197 xal toplayıb. Beləliklə Galaxy M10, M20 və M30 modellərinin təqdimatları gələn ilin əvvəlində baş tutmalıdır. Sözügedən smartfonlar şirkətin Galaxy C, Galaxy JGalaxy On seriyalarını əvəz edəcək büdcəli cihazlar olacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər