main-post-cover

    Galaxy Note 10 barədə yeni məlumat ortaya çıxıb

    Elm & Texnologiya
    29.04.2019
    Emil Nəcəfov
        Baxmayaraq ki, Galaxy Note 10-un təqdimatına hələ var, onun barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Ice Universe ləqəbi ilə tanınan məşhur çinli insayderin verdiyi son məlumata əsasən təqdim olunacaq 4 ədəd Galaxy Note 10 (N975 model nömrəli) modelindən biri 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Söhbət, Galaxy Note 10 Pro modelinin LTE versiyasından gedir. Bu barədə Gagadget saytı xəbər verib.
        Təbii ki, smartfon sürətli enerji yığma texnologiyasını dəstəkləyəcək. İlk öncə insayder düşünürdü ki, Galaxy Note 10 Pro modeli Galaxy S10 5G Galaxy A80 modelləri kimi 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını əldə edəcək. Lakin sonradan o bu məlumatı təkzib etdi. Çox güman ki, Galaxy Note 10 modeli iki dəfə daha güclü enerji qəbul etmə imkanına sahib olacaq. Son məlumat sızıntılarına əsasən Samsung şirkəti 4 ədəd Galaxy Note 10 modeli təqdim edəcək.
        Smartfonlar 6.28 düym, 6.4 düym, 6.7 düym və 6.75 düym Infinity-O ekranlar ilə təchiz olunacaqlar. Smartfon modelləri öz aralarında həmçinin kamera sayları və 5G şəbəkəsi dəstəyi üzrə fərqlənəcəklər. 4 smartfon modelinin dördü də Snapdragon 855 / Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Çox güman ki, bu dəfə Galaxy Note 10-da olacaq S Pen stlusunun özünün də kamerası olcaq. Yeni Galaxy Note 10 seriyasnın təqdimatının avqust ayında baş tutacağı gözlənilir.
    Linki kopyala