Galaxy Note 10 barəsində ilkin məlumatlar ortaya çıxdı

Galaxy Note 10 barəsində ilkin məlumatlar ortaya çıxdı

Texnologiya
19.11.2018 PAYLAŞIM

    Samsung şirkətinin Galaxy S10 və əyilə bilən smartfon modeli Galaxy F barəsində son zamanlar sızdırılan məlumatların fonunda yaddan çıxartmaq lazım deyil ki, şirkət həmçinin gələn il Galaxy Note 10 modelini də təqdim edəcək. Bir neçə müddət bundan öncə əldə olunmuş məlumatlardan məlum oldu ki, smartfon 6.66 inç ekranla təchiz olunacaq. Beləliklə Galaxy Note 10 modeli iPhone XS Max ilə rəqabət apara biləcək. Məlumata əsasən Galaxy Note 10-nun ekranı tamamilə çərçivəsiz olacaq. Yəni onda heç bir kənar çərçivə və ya ekran üzərində çıxıntı hissə olmayacaq.

    Bununla yanaşı məlumatda qeyd olunub ki, smartfonun ekranı HDR 4K dəstəyini də əldə edəcək. Nəzərə alsaq ki, smartfonun təqdimat tarixinə kimi böyük ehtimalla 5G şəbəkəsi bir çox yerlərdə istifadəyə veriləcək, deməli Galaxy Note 10 da 5G texnologiyasını dəstəkləyəcək və ola bilsin üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfonda yenilənmiş S Pen stilusunu gözləməyə ehtiyac yoxdur. Bütün bu göstəricilər ilə smartfonun qiyməti çətin ki, 1000$-dan aşağı olsun. Şirkət ənənəvi olaraq Galaxy Note seriyasının yeni modelini gələn ilin Avqust ayında təqdim edəcək.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×