main-post-cover

    Galaxy Note 10 haqqında yeni məlumat verildi

    Elm & Texnologiya
    03.06.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə internetdə Galaxy Note 10 smartfon modelinin 100 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyası iləı təchiz olunacağı barəsində məlumat ortaya çıxmışdı. İndi isə Ice Universe ləqəbi ilə tanınan məşhur insayder bu məlumatı təkzib edib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Ice Universe maraqlı tapmacaya sahib fotonu təqdim edib.

        Həmin fotoda məşhur rəssam Da Vinci əks olunub. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 seriyasının kod adı məhz Da Vinci-dir. Fotonun üstündə olan ildırım işarəsi sürətli enerji yığma texnologiyasını əks etdirir. Fotoda yazılmış 101101 kodu isə onluq sistemdə 45 ədədinə bərabərdir. Beləliklə belə br nəticəyə gəlmək olar ki, Galaxy Note 10 smartfon modeli 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyası ilə təchiz olunacaq.
        Bununla yanaşı məlumata əsasən Galaxy Note 10 modelləri böyük həcmli batareyalara sahib olacaqlar. Güman olunur ki, Galaxy Note 10 Pro modeli 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Note 10 seriyasının avqust ayında təqdim olunacağı gözlənilir. Həmin təqdimatda Samsung şirkəti 4 ədəd Galaxy Note 10 smartfon modelini təqdim etməlidir.
    Linki kopyala