main-post-cover

    Galaxy Note 10 modellərindən biri haqqında yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    30.05.2019
    Farid Pardashunas
        Biz artıq bir neçə xəbərdə qeyd etmişdik ki, Samsung şirkəti bu il bir neçə Galaxy Note 10 modelini təqdim etməyə hazırlaşır. İndi isə internetdə sözügedən smartfon seriyasının ən sadələşdirilmiş versiyası barəsində məlumat ortaya çıxıb. Bu barədə Galaxyclub saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş məlumata əsasən SM-N970 model nömrəli smartfon 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu, SM-N975 (4500 mAh) və SM-N972 (4300 mAh) model nömrəli smartfonların batatareya həcmlərindən daha aşağıdır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Note 9 modeli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Çox güman ki, söhbət, Galaxy Note 10 seriyasının ən ucuz modelindən gedir. Məlumata əsasən həmin model Galaxy Note 10e adlanacaq. Gözləntilərə əsasən Galaxy Note 10e modelinin qiyməti 800-900$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, təqdim olunacaq Galaxy Note 10 modelləri təkcə batareya həcmləri ilə deyil həm də ekran ölçüləri, kamera sayları və 5G şəbəkəsi dəstəyi ilə bir-birilərindən fərqlənəcəklər. Galaxy Note 10 seriyası avqust ayında təqdim olunmalıdır. Həmin təqdimatda həmçinin yeni nəsil Galaxy Watch smart saat modelləri də təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər