main-post-cover

    Galaxy Note 10-nun qiymət göstəricisi ortaya çıxdı

    Elm & Texnologiya
    06.06.2019
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə Samsung Galaxy Note 10 smartfon seriyası barəsində məlumatlar ortaya çıxıb. İndi isə Slashgear saytı bu seriyaya daxil olacaq smartfonlardan birinin qiymət və bəzi ekran özəllikləri barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Galaxy Note 10-nun start qiyməti 1100-1200$-dan başlayacaq.
        Məlumatda bu qiymət göstəricisinin hansı Galaxy Note 10 modelinə aid ediləcəyi bildirilməyib. Ola bilər ki, söhbət adi Galaxy Note 10 modelindən getsin. Lakin daha kompakt və texniki göstəricilər baxımından daha sadələşdirilmiş model olacaq Galaxy Note 10e bir qədər ucuz başa gəlməlidir. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, seriyanın bütün smartfon modellərinin ekranları ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissəyə sahib olacaqlar.
        Təəssüflər olsun ki, Samsung mühəndisləri həmin çıxıntı hissəni gözəgörünməz edə bilməyiblər. Lakin bununla belə həmin çıxıntı hissənin diametrini kiçiltmək mümkün olub. Beləliklə Galaxy Note 10 modelində olacaq dairəvi çıxıntı hissənin diametri Galaxy S10-dakından da kiçik olacaq. Yeni Galaxy Note 10 smartfon seriyasının avqust ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala