Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi

Galaxy Note 10 və Note 10+ öncədən sifariş tarixi elan edildi

Texnologiya
16.08.2019 PAYLAŞIM

    Dünya brendi Samsungun yeni cihazlarının təqdimatı hər zaman sensasiyaya səbəb olur. Hər kəsin ənənəvi Unpack mərasimini gözlədiyi zaman şəbəkəyə yeni Galaxy Note modelinin 10-cu seriyasının kodlaşdırılımış adının DaVinci olduğu haqda məlumat “sızmışdır”. Bu xəbər internet istifadəçiləri arasında ajiotaja səbəb oldu. Belə ki, istifadəçilər iki qrupa ayrılaraq, birincisi layihə adının S-Pen stilusuna işarə olduğunu və dahi sənətkarın qələmini səciyyələndirildiyini hesab edir, digərləri isə ustadın məşhur işləri ilə əlaqələndirərək mükəmməl foto şəkillər əldə etməyə imkanı yaradan kameralara işarə olduğunu irəli sürürlər.

    Yeniliklərdən ilk növbədə Galaxy Note10-un artıq iki ölçüdə mövcud olmasını qeyd etmək olar. Belə ki, Note 10 və Note 10+ modelləri biri birindən ekran diaqonalı, akkumulyator həcmi, kamera sayı və içliklə fərqlənir. Beləliklə, Galaxy Note 10+ dörd linzalı əsas və bir selfi kamerası ilə, Note10 modeli isə üç obyektivli arxa və bir frontal kamera ilə təchiz olunmuşdur. Operativ yaddaşı 12 QB təşkil edən, Galaxy Note10+ 256 QB daxili yaddaşla təchiz olunub. Note10-a isə 256 QB daxili və 8 QB RAM quraşdırılıb. Həmçinin, cihazlar çəki ilə də fərqlənir ki, Note 10 - 168 qr, Note 10+ modeli isə 198 qr çəkiyə malikdir. Qeyd edilir ki, S-Pen stilusu da bu il gözə çarpacaq dəyişikliklərə məruz qalmışdır. Belə ki, indi stilus daha çox, ekrana toxunmadan belə smartfonu idarə etməyə imkan yaradan Air Command tipli komandaları yerinə yetirməyə qadirdir.

    Yeni Galaxy Note sadəcə fablet deyil, bütün texnologiya həvəskarlarını sevindirəcək çoxfunksiyalı bir cihazdır. Qeyd edək ki, Samsung yeni cihazın təqdim olunması münasibəti ilə ənənəvi öncədən sifariş aksiyası elan edib. Belə ki, xüsusi təklif çərçivəsində, 08.08.2019 - 08.08.2019 tarixləri arasında rəsmi holoqramlı yeni Galaxy Note10+ və Note10 modellərini öncədən sifariş edərkən gümüşü Galaxy Buds naqilsiz qulaqlıqlarını əldə etmək imkanınız var. Fürsətdən yararlanmağa tələsin!

    *Galaxy Buds-ın rəngi gümüşü rəngin mövcudluğuna əsasən dəyişə bilər.

    Aksiya, Galaxy Note 10 və Note 10+ haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Yeni sistem boşluğu Wi-Fi modula sahib milyardlarla elektron cihazı hack etməyə ..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ESET şirkətinin təqdim etdiyi yeni hesabata əsa..


Google şirkəti Huawei ilə əməkdaşlığın bərpası üçün Ağ Evə müraciət edib..

Google şirkəti ABŞ hökumətindən Huawei ilə əməkdaşlığın bərpa edilməsi üçün icazə istəyir...


2019-cu ilin ən çox satılan smartfonu məlum oldu

Omdia şirkətinin analitikləri keçən il hansı smartfon modellərinin daha çox satıldıqlarını hesablaya..


Apple şirkəti filmlərdəki mənfi obrazlara iPhone-dan istifadəni icazə vermir..

Apple şirkəti istehsal etdiyi və satışa çıxartdığı məhsullarının keyfiyyətlərindən əlavə olaraq film..


LG şirkəti yeni flaqman smartfonu LG V60 ThinQ 5G-ni təqdim etdi

Bu ilki MWC 2020 sərgisinin ləğv edilməsi səbəbilə LG şirkəti öz yeni flaqman smartfon modeli olan L..


Samsung şirkəti One UI interfeysinin dizaynını Windows-un dizaynına bənzədə bilə..

Samsung smartfonlarının əsas özəlliklərindən biri də onların One UI adlı istifadəçi interfeysinə sah..