
Galaxy Note 7 alıcılarına pulsuz Galaxy S8 hədiyyə
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung” şirkəti Galaxy Note 7 almış istifadəçilər üçün yeni kompensasiya proqramını elan edib.
Belə ki, Galaxy Note 7 alıcılarına
gələn il satışa çıxacaq Galaxy S8 smartfonunun tamamilə pulsuz veriləcəyi
açıqlanıb. Artıq hamıya məlumdur ki, partlamaları səbəbindən şirkət Note 7
seriyasının istehsalını dayandırmışdır. Sözügedən smartfonun alıcılarına isə
smartfonu, Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişdirilməsi təklif olunur. Yeni
kompensasiya proqramı isə Note 7 smartfonlarının, satışı gələn ilin Mart ayına
planlaşdırılıan Galaxy S8-ə dəyişilməsi imkanını verir. Daha əvvəl "Samsung”
Note 7 istifadəçilərinə şirkətin digər smartfonunu almaqlarına 100$ endirim,
digər istehsalçının smartfonunu almaqlarına isə 25$ endirim edirdi. Qeyd etmək
lazımdır ki, şirkət keçən həftə Note 7 smartfonlarının satışlarını və
istehsalını dayandırdı. Şirkət, ona gəlmiş zərəri Galaxy S7 və Galaxy S7 Edge
smartfonlarının satışları ilə yüngülləşdirmək və yeni cihazların təhlükəsizliklərinin
təmin edilməsi üzərində diqqətini cəmləyəcək.
Paylaş
Bənzər xəbərlər