
Galaxy Note 7-nin istehsalı dayandırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
YonhapNews resursu öz mənbəsinə istinadən maraqlı bir xəbəri yayıb.
Belə ki, sözügedən resurs Galaxy
Note 7 üçün komponentləri təchiz edən anonim mənbəsinə istinadən xəbər verib
ki, "Samsung” şirkəti bir müddətlik Galaxy Note 7 smartfonlarının istehsalını
dayandırıb. "Technote.az"ın "Yna.co.kr"a istinadən verdiyi xəbərə əsasən bu qərar smartfonların yeni tirajındakı nümunələrinin partlaması nəticəsində
qəbul edilib. YonhapNews ilə tam məxfi şəkildə söhbət etmiş mənbə qeyd edib ki,
istehsalatın bir müddətlik dayandırılmasını şirkət ABŞ, Cənubi Koreya və Çin nizamlayıcı təşkilatları ilə birlikdə qərara alıb. "Bu qərar Vyetnam-da yerləşən
və Galaxy Note 7-nin beynəlxalq idxalını təmin edən zavod üçün qəbul edilib” –
deyə mənbə öz məlumatında qeyd edib. Qeyd etmək lazımdır ki, Galaxy Note 7-nin
yeni tirajının satışa çıxarılmasından sonra ən azı 4 partlama hadisəsi baş
vermişdir.
Paylaş
Bənzər xəbərlər