
Galaxy Note 7-nin partlayıb partlamayacağını saytdan öyrənmək mümkün olacaq
Elm & Texnologiya
07.05.2017
Farid
"Samsung", rəsmi olaraq Note 7 telefonlarını geri çağırdıqdan sonra IMEI yoxlama saytını istifadə edərək cihazın partlayıb partlamayacağı haqda məlumatı dəqiqləşdirməyə imkan verəcək
"Samsung"un yeni və daha üstün modeli olan Galaxy Note 7 telefonlarının partlaması hər kəsin narahatçılığına səbəb
olmuşdu. Şirkətin nüfuzunu zədələmək istəməyən "Samsung" şirkəti bu model
telefonları geri çağırmaq haqda bir müddət əvvəl qərar qəbul etmişdi. Şirkət bunun qarşılığında dəyişmə və bir sıra
başqa kampaniyalar təklif etmişdi. İndi isə şirkət başqa bir üsul təklif edir.
Belə ki,
açılan saytda telefonun IMEI yoxlamasını edilərək cihazın geri qaytarılıb və ya
qaytarılmaması haqda sizə məlumat verilir. Bunun üçün siz IMEI və ya telefonun
seriya nömrəsini daxil edərək onun təhvil verib-verməyəcəyiniz haqda məlumat alırsınız.
Telefonun partlama təhlükəsi ortaya çıxarsa, o zaman telefonun sim kartını
çıxararaq, ən yaxın "Samsung" filialına getməyiniz haqda xəbərdarlıq mesajı alırsınız.
Xatırladaq ki, sayt Amerika üçün olduğunda Amerikaya aid olan IMEI yoxlama səhifəsinə burdan keçid edə bilərsiniz.
Paylaş
Bənzər xəbərlər