
Galaxy Note 7-nin təqdimat tarixi təsdiq olunub
Elm & Texnologiya
08.05.2017
Samsung rəsmi olaraq təsdiqləyib ki, Galaxy Note 7
smartfonunu iPhone 7-dən daha öncə təqdim edəcək. Yeni smartfonun iki əsas
xüsusiyyətinə diqqət yetirərək şirkət "Unpacked” adlı prezentasiya üçün artıq dəvətnamələri
göndərməyə başlayıb. Gözlənildiyi kimi Galaxy Note 7-nin təqdimatı 2 avqust
tarixində Nyu-York şəhərində baş tutacaq. Paralel olaraq London və Rio-de
Janeyro şəhərlərindədə bu barədə konfranslar keçiriləcək. Qeyd edək ki,
smartfonun fotoları artıq daha öncə internetdə yayılmışdır. "Unpacked” tədbirinin
dəvətnaməsi smartfonun yenilənmiş stilus-a sahib olacağına işarə edir. Bundan əlavə
olaraq Galaxy Note 7 gözün qüzehli qişasının skanı funksiyasına da sahib
olacaq. Samsung Galaxy Note 7 iki versiyada satışa çıxarılacaq. Onlardan biri 2.3 GHz
tezlikli Snapdragon 821 prosessoru, digəri isə 2.6-2.7 GHz tezlikli Exynos 8
Octa 8893 prosessoru ilə təchiz olunacaq. Smartfon 6 GB-lıq RAM-a sahib olacaq.
Minimum yaddaş həcmi isə 64 GB təşkil edəcək. Bundan əlavə olaraq 128 və 256
GB-lıq versiyalar da satışa çıxacaq (microSD funksiyası dəstəklənəcək). Galaxy
Note 7 2K keyfiyyətli 5.7 inç SuperAMOLED ekran, 12 MP-li arxa və 5 MP-li ön
kamera, 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 6.0
əməliyyat sistemi üzərində çalışacaq. Cihazın yeni fotolarını sizlərə təqdim
edirik.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...