
Galaxy Note 7-nin yeni funksiyasının əks olunduğu ilk videosu
Elm & Texnologiya
07.05.2017
Farid
Çinin sosial şəbəkəsi olan Weibo-da Samsung Galaxy Note
7-nin yeni funksiyası olan göz qüşasının iş prinsipinin əks olunduğu ilk video
yayımlanıb. Qeyd edək ki, smartfonun təqdimatı 2 avqust tarixində baş tutacaq.
Təqdim olunmuş video sübut edir ki, smartfonun ön kamerasının yanında yerləşən
göz qüşası skaneri çox sürətlə işləyir. Belə ki, smartfonun kilidinin açılması
saniyə ərzində baş verir. Bir neçə müddət öncə isə skanerin interfeysinin
fotosu yayımlanmışdır. Smartfonu bu üsulla kilidini açmaq üçün istifadəçi
cihazı üzündən 25-35 sm uzaqlıqda tutaraq gözlərinin ekranda əks olunmuş dairələrə
düşməsini təmin etməlidir. Bundan əlavə olaraq güman olunur ki, smartfon 6
GB-lıq deyil, 4 GB-lıq RAM-la təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər