
Galaxy Note 7 oğurladı lakin arzusu ürəyində qaldı
Elm & Texnologiya
07.05.2017
Farid
Çinin Anxoy vilayətində bazardan geri çağırılmış Galaxy Note 7 smartfonu ilə bağlı maraqlı hadisə baş verib.
Belə ki, oğru Galaxy Note 7 smartfonunun sahibindən onun cihazını oğurlayıb və bir müddətdən sonra cihaz
partlayıb. Hadisəni smartfonun sahibi danışıb. O, internet kafedə yatıb və
hansısa müştəri onun bu vəziyyətindən istifadə etməyi düşünüb. Oğru onun
smartfonunu oğurlayıb. Lakin cihazı istifadə etmək və ya satmaq mümkün olmayıb.
Belə ki, cihaz oğurlanandan qısa müddət sonra partlayıb. Partlamış Galaxy
Note 7-ni polislər tapıb. Oğrunu isə yaxalamaq mümkün olmayıb. Sözügedən oğurluq
hadisəsi xəbəri Çinin bütün sosial şəbəkələrində yayılıb. İstifadəçilər hətta
smartfonun oğurluğa qarşı ən yaxşı qorunma üsuluna sahib olması barəsində
zarafatlar da ediblər.
Paylaş
Bənzər xəbərlər