drzeka zeka kartları

Galaxy Note 8-in təmir olunma mümkünlüyü yoxlanıldı

09.09.2017 0 PAYLAŞIM 445 OXUNMA

Keçən ay “Samsung” şirkəti, yeni dizayna sahib Galaxy Note 8 modelini təqdim etmişdi.

Bütün cihazlarda olduğu kimi bu cihaz barəsində də istifadəçilərdə vacib sual yarandı. Əgər smartfon zədələnərsə, onun təmir olunma ehtimalı nə dərəcə yüksəkdir? Bu suala iFixit mütəxəssisləri cavab veriblər. Belə ki, onlar artıq bu smartfonu hissələrə ayırıb onun təmir olunması mümkünlüyü barəsində hər bir məlumata sahibdirlər. Galaxy Note 8-in hər iki tərəfi, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb. Buna görə də iFixit mütəxəssisləri təmir zamanı qızdırıcıdan və plastik alətlərdən istifadəni məsləhət görürlər. Onu da qeyd etmək etmək lazımdır ki, bu prosesdən sonra smartfon, sudan və tozdan qorunma özəlliyini itirəcək. Belə ki, smartfonun germetizasiya özəlliyi pozulacaq.

Galaxy Note 8-in konstruksiyasında yalnız xaçvari vintlərdən istifadə olunub. Bu cür müsbət cəhəti, iFixit mütəxəssisləri ayrıca özəllik kimi qeyd ediblər. Bununla yanaşı smartfonu hissələrə ayıran zaman onun batareyasına fikir vermək lazımdır. Belə ki, batareya, çoxlu miqdarda kleyin üzərində quraşdırılıb və onu çıxardan zaman çox ehtiyyatlı olmaq lazımdır. Əks halda batareya zədələnə və istifadəyə yararsız hala gələ bilər. Bundan əlavə olaraq mütəxəssislər, dəyişdirilə bilən USB Type-C girişinə də tərifləyiblər. Belə ki, smartfonun şarj prosesində nasazlıq yaranarsa, USB Type-C girişini asanlıqla yenisinə əvəz etmək mümkündür.

Beləliklə Galaxy Note 8-in təmir olunma mümkünlüyü baxımından, o, 10 xaldan 4-nü alıb. iFixit mütəxəssisləri təmir zamanı bir neçə özəllikləri ayrılıqda qeyd ediblər.

- Smartfonun bir çox komponentləri ayrı-ayrı modullarda yerləşir və onları əvəz etmək mümkündür

- Konstruksiyada yalnız xaçvari vintlərdən istifadə edilib. Bu isə onun hissələrə ayrılması prosesini sadələşdirir

- Galaxy Note 8-in batareyasını əvəz etmək mümkündür. Lakin onun çıxarılması üçün çox ehtiyyatlı olmaq lazımdır və bunun üçün bir qədər çox vaxta ehtiyac duyulur

- İstənilən təmir variantı zamanı smartfonun kövrək arxa panelinin çıxarılması şərtdir

- Smartfonun ön paneli, kley əsasında quraşdırılıb və onu korpusdan ayırmaq çətindir.